Aləmzər Sadıqqızı - Yağışlı günlərdə xatirəmiz yox..
·
Yağışlı günlərdə xatirəmiz yox...
Ümiddə qalmayıb olacağına.
Hər şeyi buraxdım Zaman atanın,
Aparıb hayana qoyacağına...
İstər unut məni, istər at məni,
İstər başqa eşqə apar sat məni,
Hərdən güldür məni, ya ağlat məni,
Buraxdım bu eşqi varacağına...
Könlüm əllərində şüşə misalı
Allaha buraxdım mən bu masalı,
Ayrılıq yazalı, vüsal yazalı...
Ne deye billəm ki, yazacağına?
Güvənib bu eşqə rahatca uyu...
Sənsən ürəyimin qisməti, payı,
Daha arxayın ol bir ömür boyu,
Aləmin könlündə qalacağına!
17.9.2016.