Ələddin Əzimli - SƏHRA

Ədəbiyyat 11:08 / 16.09.2026 Baxış sayı: 105

 

Səhrada kimsəsiz bəndə,

"Dəvəsi ölmüş ərəbəm".

Hər tərəfə yolum bağlı,

İndi mən kimə gərəyəm?!

 

Gündüz ötür, gecə gəlir,

Əzab gətirir özüylə.

Can qurtarıb tənhalıqdan,

Hara gedim mən bəs söylə?!

 

Səsimə səs verənim yox,

El-obadan çox uzağam.

Kım qarğıyıb məni belə,

Odu sönmüş bir ocağam.

Ənginlikdə qum dənəsi,

Çıxış bağlı, giriş yoxdur.

Ulduz-ulduz alışır göy,

Amma gəliş-gediş yoxdur.

Haray çəkdim, cavabı yox,

Bu yerlərdə mən qəribəm.

Kömək eylə mənə, Tanrı,

"Dəvəsi ölmüş ərəbəm"