Fərhad Tapdıqoğlu - Kefkom Kefcan

YAZARLAR 09:46 / 16.09.2026 Baxış sayı: 176

Dodaqqaçdı

 

Kefkom Kefcan kişi badə dostu Kəfcanla araqdan vurub,kef edib,kesabda dostuna kəf gələrək,kefli halda evə gəldi.

Qazın üstündə qazanda qaynayan ətin kəfini kəfkirlə qatıb ,qarışdırdı...

Sonrası yadına gəlmir...

Kefdən ayılanda Kefcanın arvadı əlində kəfkir onun başının üstündə dayanmışdı.

Sorgu-sual başladı...

Kefkom arvadına kəf gələ bilmədi...

=

Əncir yarpağının dəbə minəcəyi gün...

Sən demə dabankeşlə ( rajokla) geyilən dar şalvarlar ...sonra cırıq şalvarlar...sonra göbəkdən yuxarı qısa koftalar...qısa dar yubkalar...dar pencəklər ...və sairə ancaq parçaya qənaət məqsədi daşıyırmış ,ay millət!!!

Yoxsa ki ,deyirlər "bağ belə,bostan belə"...

Əncir yarpağının dəbə minəcəyi günü gözləyin...