Məmməd Qədir - İkinci olmur

Ədəbiyyat 12:00 / 16.09.2026 Baxış sayı: 101

 

Elə yumru tikib dünyanı Tanrı,

Girib ağlamağa bir küncü olmur.

Çərxi-fələk kimi iş üstündədir,

Nə bezib dayanmır, nə dinci olmur.

 

Bir ömür aldadır, girlədir bizi,

Dördnala çapdıqca tərlədir bizi,

Özü fırlandıqca hərlədir bizi,

Kürək dayamağa söykənci olmur.

 

Gedənim dayanır, dayanan getmir,

Əzabım tükənmir, çəkdiyim bitmir,

Səpdiyim cücərmir, əkdiyim bitmir,

Yəqin hər əkəndən əkinçi olmur.

 

"Bismillah !", əkdinmi tumunu, - yaş vur,

Yerini nişanla, məzar qaz, daş vur,

Mirvari gəzirsən özünə bas vur,

Dünyada məhəbbət tək inci olmur.

 

Sevgi köküm imiş, dədəmdi demə,

Qəza qədərdəndi, nədəndi demə,

Günün xoş keçən yer Vətəndi demə,

Nə ana, nə Vətən ikinci olmur!