Xəyalə Sevil - Səssizliyin artdıqca

Ədəbiyyat 10:10 / 17.09.2026 Baxış sayı: 574

Səssizliyin artdıqca

Düşünməyə başladım.

Düşündüm ki, nə qalır

Səndən, məndən geriyə?

Necə bölək bu dərdi,

Bu həsrəti yarıya,

Eyni düşsün hərəyə?..

Qoyma yadından çıxım,

Ürəyinə yaxın tut.

Eh, verdiyin sözlərin

Demirəm hamısını,

Heç olmasa çoxun tut.

Arada bir xəbər al,

Yolux, yoxla, necəyəm?

Adam bir neçə gündə

Unuduldularmı bəyəm?

Səssizliyin artdıqca

Öz gözümdən düşürəm.

Bəs sənin gözlərində

Yerim qalıbmı, görən?!