Şakir Xanhüseyinli - ÜZÜ GÜLƏN şeir
Ədəbiyyat
10:00 / 17.09.2026
Baxış sayı: 618
Süfrəyə uzananda
əlimin üzü gülür,
üzü gülür bir yoxuş sonunda dizlərimin...
Tərini siləndə
sanki qırışığı açılır,
üzümün
üzü gülür...
Bəzən bir ayaq səsinə
yolların üzü gülür,
bir gül hənirinə çöllərin...
Ya bir üz güləndə min üz gülmürmü,
görüb bir quş dimdiyində
dən, üz gülmürmü?..
Avqust 2022