Ağaevli Əli Hacı- Öz dağımdan,öz üzümə
Öz dağımdan,öz üzümə
Sınıq güzgüdən baxıram !
Gəlib-getməyən qonağım-
qəmdir,uzaq buraxmıram !
Bu al-verdə çox uduzdum,
Toyda oynaya bilmədim !
Elə qaçırtılar dünyadan,
Daha,özümə gəlmədim !
Nəfəs aldım öz eşqimə,
Səsim bazara çıxmadı !
Haqqın yoluyla yeridim,
Yerim gülzara çıxmadı !
Sözü gətirdim ölçüyə,
Gözü itirdim görməyə !
Öz külümün altındakı,
Közü götürdüm ölməyəm !
Olmağa dərs buraxmadım,
Gündəliyə tərsi düşdü !
Vətəni yedilər,mənə
Yeməyə dərisi düşdü !