Şakir  Xanhüseyinli - TƏNDİR KÜLÜ KİMİ

Ədəbiyyat 21:13 / 06.08.2026 Baxış sayı: 361

 

Gəlmək olmur bir fikrə, bir qərara,

bilmək olmur kimdi yoran, yorulan...

Mənim sükutumda bu nə səs-küydü?

sakit həyatımda bu nə burulğan?

 

Başım ağrıyanda yastığım bilir...

mənə, yıxıldığım yer olur dayaq...

Əziz, doğma bir səs eşidim deyə

ürək döyüntümə asıram qulaq...

 

Ötəni, itəni düzürəm sapa...

təndir külü kimi dağılır huşum.

Bir sözdə dərinəm, bir sözdə dayaz,

bir söz var, o da ki yoxdu, qardaşım..