QARA DƏNİZ SAHİLİNDƏ
Sığınıb dənizinin ləpələrinə,
Baxıram üfüqdən doğan günəşə.
Ruhumu bürüyən eşq acısına,
Sənin xəyalınla dözdüm həmişə.
Bir mənəm, bir də ki coşqulu dəniz,
Dalğalar qəlbimin ahını duyur.
Sanıram mənimlə burdasan sən də,
Xəyalın başını çiynimə qoyur.
Sökülər dan yeri, çəkilər duman,
Həsrətə son qoyub könül dincələr.
Bizim esqimizə baş əyər zaman,
Dalğalı dəniz də duyub sevinər.
06.08.2026