GÖRMƏDİ - Kəmaləddin Qədim

 

Ədəbiyyat 12:00 / 06.08.2026 Baxış sayı: 533

GÖRMƏDİ

Aldı zaman, vaxt-çapar

tərkə, məni görmədi.

Çevrildim qarşısında

görkə, məni görmədi.

Gətirmədi yel məni,

Nə daşqın, nə sel məni.

Doğulduğum el məni,

bölgə məni görmədi.

Vallah, deyildim mayıl,

Gəl, tanın, seçil, sayıl...

Dedim şəhər-əzrayıl

bəlkə məni görmədi...

Susdum, düşdüm günnükdən,

Dindim, çıxdım dinnikdən.

Bu qap-qara tünnükdən

ölkə məni görmədi...