Bəhram Bilaloğlu - Əsa qədər söykəndiyim
Əsa qədər söykəndiyim
Adamlar saxta çıxdılar.
İmanımı görən kəslər
Alnımda bəxtə baxdılar.
Zəhmətimlə yaşadığım,
Ağır yüklər daşıdığım,
Hər gün bir az daş atdığım
Daşdakı səmtə axdılar.
Haqq yolunu tutdum hədəf,
Daim oldum eşqə tərəf.
Parlamayan olmaz sədəf,
Sədəfdən nuru çaxdılar.
Ümid yerim, pənahımdı,
Onsuz məkan sər,ahımdı.
Sevgisizlik günahımdı,
Bu günaha ar yaxdılar.