"Dünənlə söhbətin şeiri"-nə   ÖZƏL  BAXIŞ

YAZARLAR 11:58 / 05.08.2026 Baxış sayı: 1244

 

Qağayı səsidi, bir də ləpələr,

Qoşulur arada bu həzinliyə...

Xəyalım sahildə girib qoluna,

Səninlə çıxıbdı bu gəzintiyə!..

 

Çəkir diqqətimi uzaq bir nöqtə,

Kim isə oturub daşın üstündə....

Onun kimliyini bilənə qədər,

Sol əlim qalacaq qaşın üstündə!..

 

Çatacaq hayıma yaddaş Xızırtək,

Səni görəcəyəm həmin o yerdə.

Elə çırpınacaq sevincdən ürək,

Onu yazmaq olmur üç bənd şeirdə! ...

 

Sahildə yaşanan xatirə- həyat

Məni bu günümün əlindən alıb,

Əvvəl düşünürdüm bitib bu kitab,

Gördüm ki, çox mövzu yarımçıq qalıb!

 

Şeirin bədii təhlili:

Əbülfət Mədətoğlunun "Dünənlə söhbətin şeiri" mətni insan qəlbinin dərinliklərinə toxunan, keçmişə boylanan lirik və səmimi bir əsərdir. İtirilməmiş xatirələr və keçmişə səyahətdir.

Zaman keçsə də, real sevginin bitməməsidir. Yaşanmış hisslərin yarımçıq qalması hissidir. Dəniz sahili və təbiət mənzərəsidir.

Qağayı səsi və ləpələr səmimiyyət yaradır.

Müəllif keçmişi bitməmiş bir kitaba bənzədir. Yaddaşın köməyə "Xızır tək" çatması bənzətmədir. Şeir daxili bir monoloq, dünənlə hesablaşmadır. İnsan bu günü yaşasa da, ruhən keçmişə bağlı qalır.

Müəllif hisslərin rəngini dəniz və sahil fonunda ustadlıqla canlandırır. Son bənddəki "yarımçıq qalmış mövzu" vurğusu isə gələcəyə ümid işığı yandırır.

 Sevil Azadqızı Filoloq. AYB, AJB-nin üzvü.

Ədəbi təhlil-tənqidçi. Yazar-publisist

05.08.202