Hüseyn Arif - Gərək

Ədəbiyyat 12:43 / 05.08.2026 Baxış sayı: 480

Həyatı dərindən duymaqdan ötrü,

Min oddan, alovdan keçəsən gərək.

Enişli, yoxuşlu bu yollarda sən,

Yaxşını yamandan seçəsən gərək.

 

Sevinc də, kədər də səbəbsiz deyil,

Məzəsiz məclis də bir məclis deyil.

Gənclik illərində şərab pis deyil,

Çayı qocalanda içəsən gərək.

 

Hüseyn, səni də dəyişər zaman,

Yalvarma loğmana üzüləndə can.

Hələ doymasa da gözün dünyadan,

Vaxt tamam olanda köçəsən gərək.