Fərhad Tapdıqoğlu - Dodaqqaçdı

YAZARLAR 10:00 / 07.08.2026 Baxış sayı: 694

 

Keçən əsrin səksəninci illəri idi.Sənaye müəssisələrinin aparıcı sexində sazlayıcının birinin işə gecikməsi istehsalatın ritmini pozurdu.

Sazlayıcılar hamıdan əvvəl sexə gəlib ,dəzgahların saz lığını yoxlamalı , operatorlar ondan sonra işə başlamalı idilər.

Sazlayıcı Ənvər bacarıqlı işçi olsa da,nizam-intizamı pozması qəbul edilməz idi.

Sex rəisi onu dəfələrlə danlasa da ,hələ ki,nəticə yox idi.Onu işdən qovmaq barəsində isə əvəzedicisi olmadığından qərar vermək olmazdı.

Bir gün növbəti dəfə gecikmə oldu.

Sex rəisi sexin mühəndis-texniki işçilərini Ənvərlə birlikdə kabinetə dəvət etdi.

Ənvəri necə cəzalandırmaq barəsində məsləhətləşmələr oldu.

"Yeyib-içməyi " çox xoşlayan sexin ustasının təklifi gülüşə səbəb olsa da,bəyənildi.

Maraqlı və qeyri-adi təklif belə idi.

" Ənvər hər işə gecikəndə bir araq alıb gətirməlidir"

Bir az fikirləşəndən sonra sex rəisi bu təklifi qəbul etdi.

Ənvər razılaşdı.

Amma gecikmə davam edirdi.Artıq rəisin seyfində səkkiz ədəd "Russkaya vodka" vardı...

Doqquzuncu iş günü Ənvər artıq vaxtında iş başında idi.Bir az təəccüblü görünsə də ,bu sex rəhbərliyini sevindirdi.

Ənvər dedi:

--Rəis,daha işə vaxtında gələcəm.Belə davam etsəydi,əmək haqqımım tam yarısı arağa və yerdə qalanı "loto" oyununa gedəcəkdi."loto" oynayaraq ,gecə yuxusuz qalmağıma görə gecikirdim.Qurtardı.

Bundan sonra məni vaxtında iş başında görəcəksiniz .

"Qeyri-adi " cəza öz təsirini göstərmişdi.

Soruşacaqsınız ki,"araqlar necoldu"?

Həmin araqlarla isə Ənvərin "düz yola" qayıtdığı qeyd olundu. Rəis kollektivi Ənvər və onun dostları ilə işdən sonra bir neçə dəfə "ley-pey "oldular...