Xatirə Rəhimbəyli - SÖZ… SÖZ… SÖZ İSTƏYİRƏM!

YAZARLAR 10:01 / 03.11.2025 Baxış sayı: 1179

 

Bəzən insanın içində elə bir yanğı olur ki, o yanğını yalnız söz sön- dürə bilər. Elə bu yanğı ilə də dilimdən səssiz bir nida qopur:

“Söz... söz... söz istəyirəm!”

Könlümü yandırıb-yaxan duy- ğulara libas geyindirmək, içim- dəki fırtınaları ifadə etmək üçün o qüdrətli sözü axtarıram. Bəzən elə olur ki, könlümdəki acılar mə- ni qəlbqıran edir, lakin yenə də ümidimi sözə bağlayıram.Düşün- cələrimdə bir müharibə gedir.

Beynimin içində Bağdad İŞİD-lə, Doğu Türküstan Cinlə, Şəhid ruh- larım ermənilərlə, həyat eşqim Areylə, sevgim isə hicranla döyü- şür... Mənim ruhumun cəbhəsin- də hər şey var — təsəlli və təskin- likdən özgə!

Bu, sadəcə daxili bir savaş deyil. Bu, həm də insanın, millətin və bəşərin iç dünyasındakı savaşın bədii inikasıdır.

“Sevgim hicranla döyüşür!” – bu, əzəli-əbədi eşqin alın yazısı, həm də yaradıcılıq yolumun fəlsəfəsi- dir. “Hər şey var ürəyimdə – təsəlli və təskinlikdən özgə!” – bu cümlə isə həyatın acı reallıqlarını sözə köklənmiş bir ruhun fəryadı kimi səslənir.

Mən söz axtarıram — məni anlayacaq, məni yaşadacaq sözü.

Ərəb dünyasından tutmuş milli sərvətimizə sahib çıxılmasına qədər,qəlbin çilik-çilik aynasından tutmuş bəşəri ağrılara qədər bütün mövzulara toxunmaq istəyirəm. Çünki mənim üçün söz təkcə ifadə vasitəsi deyil — söz varlığın nəfəsidir.

Hər bir misram, hər bir cümləm ağlın, məntiqin və duyğunun süzgəcindən keçməlidir. Mən istəyirəm ki, yazdıqlarım sağlam mühakimə ilə səslənsin, oxucunun qəlbinə toxunsun, düşüncəsini oyatsın.

Söz mənim silahımdır, qəlbim isə onun səngəri.

Və mən bu səngərdə əbədiyyətə qovuşmaq istəyirəm.