Xatirə Rəhimbəyli - Eh,niyə yadından çıxardın məni

Ədəbiyyat 10:29 / 29.10.2026 Baxış sayı: 283

Eh,niyə yadından çıxardın məni,

Məni taleyindən niyə qovladın ?!

Üstünə qaçmağa,daldalanmağa ,

Yadında qalmağa bir kimsəm yoxdu..

.

Sənin taleyində çoxmu şuluqdum ,

Çoxmu nadinc idim bəxtində,zalım ?!

Zülümlə,zillətlə düşürüb məni ,

Kimə yer elədin taxtında,zalım ?!

 

Daha ürəkləri döyəcəyim yox,

Açıb qapısını girəcəyim yox..

Ta işıq gələnə gedə bilmərəm ,

Sevgin həsrətinin div gözləriymiş,

Ah,niyə demədin vaxtında ,zalım ?!

Yoox ,nahaq yadından çıxardın məni ,

Nahaq küçələrə atdın eşqimi!

Yox ,nahaq elədin dərbədər məni,

Sən nahaq incitdin bu qədər məni!!!

 

Eh,niyə yadından çıxardın məni,

Məni taleyindən niyə qovladın ?!

Üstünə qaçmağa,daldalanmağa ,

Yadında qalmağa bir kimsəm yoxdu...

1999,Ağcabədi.