Əlizadə Nuri - Bu dünya yad qapısıdı
Ədəbiyyat
10:56 / 28.10.2026
Baxış sayı: 198
Nədən qara boyası çox-
Dünya necə əl işidi?
Ürəyim sancır... deyəsən
Xərbərdarlıq atəşidi.
Kimdən ötrü darıxasan?-
Tərgidəcəm darıxmağı.
Adam niyə ölməyə də
Gözəl yer axtarır axı?
Haçandı var- gəl edirəm,
Yerlə göyün arasında.
Hərə bir az duz gətirsin
Ürəyimin yarasına..