Elnur  Uğur  Abdiyev - Harda elədim bu səhvi

Ədəbiyyat 19:47 / 27.10.2026 Baxış sayı: 699

Harda elədim bu səhvi,

Səni niyə sevdim axı?

Bilməliydim aşiqlərin

Sevilməyidir günahı.

 

Eh, sənə nə var, nə var e,

Unutqanlığindı gülür.

Mənçün adam öləndə yox,

Tək unudulanda ölür.

 

Eh,uzaqların adamı,

Bilsən,nə qədər yaxınsan?

Özün uzaq, xəyalımda

Xəyalımı buraxmırsan