XƏSTƏLƏRİN ÜMİD YERİ KAMANDAR HƏKİM
İbrahimov Kamandar Həsən oğlu 1961-ci il sentyabr 7-də Qazax rayonun Kosalar
kəndində anadan olub.1985-ci ildə Azərbaycan Dövlət Tibb İnistutunu bitirib. 1985-87-ci
illərdə Rusiyanın Kazan şəhərinə təyinatla göndərilib. Klinik Arqinatura bitirib. Sonra isə
Azərbaycana qayıdıb.1992-ci ilə qədər Cərrah kimi işləyib.1992-ci ildən 1996-cı ilə qədər
Erməni qəsipkarlarına qarşı vətən müharibəsində tibb xidməti kapitanı kimi fəaliyyət göstərib.
Yüzlərlə yaralını əməliyyat edərək ölümün pəncəsindən qurtarıb. Vətən Müharibəsi
veteranıdır.1996-98-ci illərdə Topçubaşov adına Elmi Cərahiyyə Mərkəzində Urvgenikalogiya
şöbəsinə rəhbərlik edib, daha sonra Şöbə müdiri vəzifəsində işləyib. 1998-2000-ci ilə qədər
Respublika Klinik xəstəxanasında cərrah kimi fəaliyyət göstərib.
2008-ci ildə Prezidentin fərmanı ilə Regionlarda Səhiyyənin inkişafı ilə əlaqədar
Qazaxda Diyaqnostika Mərkəzi inşa olunmuşdur.Prezidentimiz tərəfindən açılışı olunan Qazax
Diyaqnostika Mərkəzinə Baş Həkim təyin edilmişdir.2009-cu ilin yanvar ayından 2020-ci ilə
qədər Qazax Diyaqnostika Mərkəzinə Direktor kimi rəhbərlik etmişdir.Qeyd etmək lazımdır ki,
rəhbərlik etdiyi müddətdə fəaliyyəti qüsursuz olmuş və region əhalisinə yüksək səviyyədə
xidmət göstərmişdir.Regiyonda yerləşən Sərhədçilərə yüksək xidmətinə görə Sərhəd
qoşunlarının 100 illik medalı ilə təltif olunmuşdur.2019-2020-ci illərdə “Karona” virusu ilə bağlı
pandemiya dövründə xəstəliklə mübarizədə regionda rəhbər təyin edilmişdir yüksək peşəkarlığı,idarəçiliyi sayəsində yüzlərlə insanı ölümün pəncəsindən xilas etmişdir.Müalicə Diyaqnostika mərkəzi 2020-ci ildə, Mərkəzi Xəstəxana ilə birləşdikdən sonra Cərrahi xidmətlər üzrə müavin vəzifəsində çalışmışdır.
2025-ci ilin sentyabr ayında heç bir xəbərdarlıq olmadan idarəçilik peşəkarlığını və
rəhbərlik qabiliyyəti nəzərə alınmadan Təbibin keçmiş rəhbəriliyi heç bir peşəkarlığı olmayan, qüsurlu fəaliyyəti ilə gündəmdə olan Vüqar Qurbanov tərəfindən işdən azad edilmişdir.Bir ay fasilədən sonra oktyabr ayının 15-də Qazax Mərkəzi xəstəxanasında cərrah kimi işə qəbul edilmişdir.
Son aylarda ilk təyinatı ilə Səhiyyədə yeniliklər gətirən peşəkar kadrlara xüsusi önəm verən hörmətli Nazirimiz Anar Bayramovun Kamandar həkim kimi Səhiyyədə peşəkarlığı,bacarıqları, idarəçiliyi ilə fərqlənən Kamandarın üzə çıxarılması və Səhiyyəmizin inkişafında xidmətlərindən istifadə edilmədini diqqətdə saxlanmasını Sizdən xahiş edirəm.
2008-ci ildən YAP-nın üzvüdür.
İnsanlığı ilə xəstələrinin qəlblərinə nur saçan, xəstələrindən təmənna ummayan, gecə-gündüz xəstələrinin başından ayrılmayan Kamandar həkimə, Qazax sakinlərinin böyük ehtiyacı var.Hər kəsə diqqətlə, qayğı ilə yanaşan, əlac etdiyi xəstələrin duaları ilə mukafatlanan loğman-həkim Kamandar İbrahimova şəfa tapmış xəstələri adından təşəkkürümüzü bildiririk və ona Şərəfli və peşəkar həyatında uğurlar arzulayırıq.
Söhrab Məmmədbağır oğlu Əliyev
Qazax rayonu