VƏTƏN SƏNƏ OĞUL DEDİ
Dünyanı lərzəyə gətirən, acı yaşadan, illərlə insanların qurub yaratdığı gözəllikləri bir göz qırpımında yerlə-yeksan edən, xarabalıqlara meylli olan MÜHARİBƏ...
Qorxu ilə uşaqların, göz yaşıyla anaların, bacıların ürəyinə qəlpə kimi dolan MÜHARİBƏ...
Cəllada çevrilib nər oğulları yuvasından, ocağından qopardıb, canını qəddarcasına alan MÜHARİBƏ...
Yaddaşlarda qorxulu kabus kimi qalan MÜHARİBƏ...
Onsuz da bir ucu ölümlü dünyada vaxtsız ölüm saçan dəhşət.
Ölümə yol açan dəhşət. 2020-ci ilin payızında Azərbaycanın qapısını çaldı. Neçə-neçə gənc oğullarımızı əlimizdən aldı. Neçə evlərə yas gətirdi, qara bağlatdı.
Ağlatdı bu xalqı, yaman ağlatdı.
Neçə taleləri yarımçıq qoydu, neçə anaları balasız, neçə balanı atasız qoydu...
44 gündə yer üzünə endi cəhənnəm sanki. Müasir silahlarla, raketlərlə, dünya ilk müharibəsini yaşadı. 30 illik həsrətə son qoymaq üçün 30 yaşına çatmamış gənclər ölümün pəncəsində şəhadətə yüksəldi. Torpaqlardan düşmənin ayaq izini qanla yudu igidlərimiz. Alınan torpaqlara sevindik, verilən canlara üzüldük, yandıq, alışdıq. Bunun üçünmü deyiblər: – "sevinclə qəm qoşadı?"
İçində Vətən sevgisi qaynayan oğullar əl-ələ tutdular. Vətəni qorumağa getdilər. Sinələrini düşmənə sipər etdilər. Sözün əsl mənasında dar günün dayağı oldu Azərbaycan xalqı bir-birinə. Dəmir yumruğa çevrildi millət bir anda.
Vətənin "oğula" ehtiyacı olduğu o məqamda Beyləqanda dünyaya göz açmış Elnur balamız da döyüşlərə qatıldı. Hər şəhidin ömür yolu bir dastandı. Elnur da ömrünün "tumurcuq" çağında dastana çevrildi. Elnur tərbiyəsi ilə, mədəniyyəti ilə hamının könlündə yer eləmişdi özünə. Bizim çox dəyərli yazıçımız, gözəl qələmə sahib Fazil Sənan bacısı oğlu Elnur haqqında bir kitab yazdı bu günlərdə. Tarixin bilinən və bilinməyən üzünü qabarıq şəkildə qələmə alan yazıçı kitabında ədəbiyyatla bərabər, Azərbaycanın bir parçası, dilbər guşəsi olan Qarabağın tarixini də işıqlandırmışdı. Millətlər içində ən mənfur, ən şərəfsiz, ən alçaq millət olan erməni (adlarını belə böyük həriflə yazmaq istəmirəm) çox təəssüf ki, bizimlə qonşu olub. Və bu mənfur qonşular tərəfindən əsrlərlə hücuma məruz qalmışıq, yüzlərlə, minlərlə itki vermişik. Bütün bunları Fazil Sənan "Qələbə üçün doğuldun" kitabında çox böyük ustalıqla qələmə almışdır. Bu kitabda Elnur haqqında o qədər gözəl sözlər deyilib ki, mənim bu müqəddəs qəhrəmanımız haqqında nəsə deməyimə ehtiyac qalmayıb. Mən yazıçıya təşəkkür edirəm. Çox böyük ustalıqla işləyib bu kitabı. Sözün əsl mənasında "hardan başlayıb, harada qurtaracağına" diqqət edən yazıçımızı təbrik edirəm. Uğurlar arzulayıram. Şəhidlərimiz haqqında nəsə yazmaq əli qələm tutan hər bir kəsin borcudur. Bu borcunu Fazil Sənan layiqincə yerinə yetirib.
Yazıçının sözünə qüvvət, dünya yaranandan bu yana bilinən, bilinməyən faciələr yaşayıb insan oğlu. Ən ağır faciəni isə bizim nəsil, bizim əsr yaşadı. Çünki bu döyüşdə müasir silahlar "at oynadırdı". İllərnən istehsal olunan iri çaplı dağıdıcı silahlar (toplar, pulemyotlar, raketlər) bizim torpaqlarda təcrübə keçirdi sanki. Dinc əhali, böyük şəhərlər o cümlədən Gəncə, Mingəçevir, Bərdə və sair raket zərbələrindən lərzəyə gəlirdi. Bu qədər vəhşilik törədəcək qədər vəhşiləşdi insan oğlu demək ki,...
44 gün 44 il qədər uzun oldu bizim üçün. Səfərbər etdi millətim bütün gücünü. Qanımızla tarix yazdıq gələcək nəsillərə. Elnur və Elnur kimi minlərlə gənc oğullarımızın qanı ilə suvarıldı 30 illik həsrətə doymuş torpaqlar. Nə oğullarımız getdi amma... Hər biri bir evin, bir elin yaraşığı. Hər biri bir evin, bir elin dirəyi. Anasının, bacısının ürəyi. Ailəsinin, evinin gərəyi... Hər biri bir Vətən oğullar...!
Zəfər sadəcə qazanılmır, həm də qorunur. Zəfər qazanmaq Elnur kimi qəhrəman övladların öhdəsinə düşdü. Zəfərimizi qorumaq isə bizim və gələcək nəslin Vətən borcudur...! Sonunda Dədə Qorqudun bir sözünü xatırladım: "Biz varıq, olacağıq, artacağıq". Dədə Qorqudun bu sözü isə mənə bir vaxtlar yazdığım bir şeirimi xatırlatdı:
Hər birimiz qala, alınmaz saray,
Vətən deyə-deyə salmışıq haray,
Sınmaz vüqarımız Qoşqar, Himalay.
Qayadan yarandıq, daşdan yarandıq,
Necə kəs yox olduq, başdan yarandıq.
Düşməni qazdığı quyuya gömdük,
Yurdun torpağına, daşına döndük.
Qərib intizarın yaşına döndük,
Kirpikdən süzüldük, qaşdan yarandıq,
Neçə kəs yox olduq, başdan yarandıq.
Əli misri qılınc, atı oynaqlı
Türkün sevgisi saf, hirsi qaynaqlı,
Zirvələr fəth edən iti caynaqlı,
Qartal, şahin adlı quşdan yarandıq,
Neçə kəs yox olduq, başdan yarandıq.
Düşməni yox etdik qanını töküb,
Torpağa can verdik Şəhidlər "əkib",
Gözdən göy üzünə bir cığır çəkib,
Xəyal dünyasından, boşdan yarandıq,
Neçə kəs yox olduq, başdan yarandıq.
Üç tonqal yandırdı dədəmiz Qorqud,
Arpanı, buğdanı əkdik, sovurduq
Azad Vətən qurduq, məmləkət qurduq,
Kotandan yarandıq, xışdan yarandıq
Neçə kəs yox olduq, başdan yarandıq.
Yenə nərə çəkir, aslan ayılır
Dünyaya bu hünər, zəfər yayılır
Bizim ölümüz də diri sayılır,
Günəş şəfəqindən, xoşdan yarandıq
Neçə kəs yox olduq, başdan yarandıq.
Başın sağ olsun Vətən!
Allah Şəhidlərimizə rəhmət eləsin!
30.10.2025,
Şəfəq VİLAYƏTQIZI