Vahid Aslan - Qəriblər içində
Doğma yurd, doğma ev, doğma adamlar...
Nənəm danışmışdı mənə bu haqda.
Nənəm danışmışdı: - unutma bala,
Babalar boylanır doğma ocaqdan!
Babalar boylanır doğma ocaqdan!
Bu səs qulağımda ağlayacaqmış...
Bir qərib şəhərin yuxularında
Mənimçün qəriblik doğulacaqmış.
Adam yad olarmış bir gün ilahi,
Doğma ocağına yadlar içində.
Yad eldə yadlaşan oğullarını,
Babalar görərmiş odlar içindən.
İstilik gətirməz səninçün belə,
Günəş də yad eldə torpağa, daşa;
Dönüb doğmalara yad olan günü
Kimlərəsə “Doğma Vaxid” olmuşam...
Yad eldə adım da dəyişdi babam!
Bağışla, itirdim sən verən adı.
Doğmalar içində qərib olmuşam,
Qəriblər içində doğma olmadım...
Rostov, 22.04.1995