"Sonra..."sı oxucusuna QOVUŞDU

MƏDƏNİYYƏT 09:58 / 18.11.2026 Baxış sayı: 176

İmzası   oxucu  marağı  qazanmış,   sevilən şair Sevinc Qəribin yeni şeirlər kitabı işıq  üzü  görüb.
Yenises.az xəbər verir ki, "Sonra..." adlanan   kitabda müəllifin əsasən yeni və seçmə şeirləri yer alıb. "Adiloğlu" nəşriyyatında çap olunan kitabın redaktoru AYB və AJB üzvü, şair Namiq Dəlidağlı, ön söz müəllifi ədəbiyyatşünas, yazıçı, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı İlahə Səfərzadədir.
"Sonra..." şeirlər toplusu S.Qəribin oxucularla üçüncü görüşüdür. Bundan əvvəl şair oxuculara "Hardasa o uzaqlarda..." (2017), "Ovcun əllərimin isti yuvası..." (2021) adlı şeir kitablarını təqdim edib.Xatırlatmaq  yerinə  düşər, belə ki, Sevinc  xanım  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsüdü.
Qeyd edək ki, Sevinc Qərib "Dəlidağ" Ədəbi Birliyinin sədr müavini, eyniadlı saytın ədəbiyyat şöbəsinin redaktoru, həmçinin "Manevr.az" saytında baş redaktorun müavini kimi fəaliyyət göstərir.

Manevr.az