Kəmaləddin  Qədim - TORPAĞIN ALTI YOLDUMU

Ədəbiyyat 09:30 / 18.11.2026 Baxış sayı: 213

 

Üzmü var bu gün-dirrikdə

durub Tanrıya gedəsən?

Ola-ola vətənində

qərib Tanrıya gedəsən...

 

Borc bir canı bilə-bilə,

Əridəsən gilə-gilə.

Dörd yanını günah ilə

sarıb Tanrıya gedəsən...

 

Girəsən bir dam içinə,

Ram olasan, ram, içinə.

Sübh tezdən adam içinə,

qürub Tanrıya gedəsən...

Oldumu canım, oldumu,

Sonun, sonucun gordumu?

Torpağın altı yoldumu

varıb Tanrıya gedəsən?.