Ay  Bəniz  Əliyar -Ulayır bir acgöz qurd bəxtimizdə

Ədəbiyyat 17:17 / 17.11.2026 Baxış sayı: 281

Ulayır bir acgöz qurd bəxtimizdə,

Quruyur bu zəngin yurd, bəxtimizdən.

Qaçmaq istəyirik qart bəxtimizdən,

Əlimiz dolaşır ayağımıza.

 

Halımız gülməli, gülə bilmirik,

Nə vaxt bitər bu çilə, bilmirik.

İnsan sifətində ölə bilmirik,

Ağrı dolur yenə dalağımıza.

 

Nəsihət umuruq, udqunur həyat,

Dəli şeytan deyir, "sev, başını qat",

Belə yarıgerçək, yarızarafat,

Pambıq tıxayırıq qulağımıza