Xatirə  Rəhimbəyli  - Eşq olub ruhuma hopubdu tək-tək

Ədəbiyyat 19:11 / 17.11.2026 Baxış sayı: 261

Eşq olub ruhuma hopubdu tək-tək,

Qovduğum kəpənək,dərdiyim çiçək.

Xəyalsan,onlar tək deyilsən gerçək,

Sən ey xatirəsi solmayan adam...

 

Kədər əl götürmür bir yol yaxamdan,

Zaval əskik deyil könül bağımdan.

Ruhun qidalanir ağlamağımdan,

Bircə yol üzümə gülməyən adam?!

 

Sən ey xəyalimda yaratdığım kəs,

Kimsə sənin qədər qəlbimi bilməz!

Gəlməz ki,aşiqlər,heç vaxt tuş gəlməz,

Cismi bu dünyaya gəlməyən adam,