Yüz qapı var - Xanım İsmayılqızı

Ədəbiyyat 09:33 / 17.11.2026 Baxış sayı: 746

Yüz qapı var - seçməsi müşkül,

Su verilib - içməsi müşkül,

Yoldu gedir - keçməsi müşkül.

 

Sazdı çalır - yanğısı dahi,

Sevgi gəlib - ağrısı dahi,

Tanrı Səsi - sorğusu Dahi.

 

Yaşdı keçir - saymasan olmur,

Candı şirin - qıymasan olmur,

Üz qabığın - soymasan olmur.

 

Həftə gəlir - ayda tamamdı,

Ağrı yükü - vayda tamamdı,

Yerdə keçid - göydə tamamdı.