Aləmzər Sadıqqızı - Durub yanına gəlim...
Uzaqlarda bir qız var...
Göz yaşları əlində.
Ömür boyu boğuldu...
Gözlərinin selində.
Saçı Vətən qoxulu...
Gözlərində payız var...
Ömrün qışı qabaqda...
Bundan sonra ayaz var.
Həyat dönüb tərsinə...
Ağlamisdim toyunda.
Həyatla bacarmadım...
Uduzdum bu oyunda.
Aləmin iki dostu...
Bir ayrılıq, bir ölüm.
Mənə bir vüsal göndər,
Durub yanına gəlim