Fərhad Tapdıqoğlu - Atam sonuncu xahişimizə əməl etmədi...
Düşüncələr
Atamdan nə xahiş edirdiksə,imkan dairəsində onu yerinə yetirirdi.
Bir xahişimizə ,sonuncu xahişimizə isə əməl etmədi.
Nə qədər yalvarıb,ağlayıb ,"ata getmə " desək də cavab vermədi...susdu... dinmədi...getdi...əbədilik bizi tərk etdi...
=
Mədəniyyət ,doğruluq ,saflıq insana verilən ən qiymətli hədiyyələrdir.
Alçaq,keyfiyyətsiz adamlarda onları axtarmaq axmaqlıqdlr.
=
Nimdaş geyimin olanda səni bəyənməyib, yuxarıdan aşağı baxanların yanına gözəl geyimin olanda da getmə.
=
Sən danışanda səni heç anlamırlarsa ,yaxud təsadüfi hallarda anlayırlarsa ,danışmağın məsləhət deyildir,danışma...
=
Əgər bir şəxsin sənə hörməti ,ehtiramı varsa,o sənə qarşı diqqətsiz ola bilməz.
Diqqətsizlik olan yerdə hörmət olmaz.
=
İndi işi,gücü,təhsili olmayan ,bekar insanlar ,"siyasətçi " olub ,işləyən savadlı insanlara "siyasi" dərs keçmək istəyirlər...
=
Görüşəndə pozitiv enerji aldığın,rahat ünsiyyət qurub,maraqla dinlədiyin,görməyəndə darıxdığın biri varsa,bu sənin xöşbəxtliyindir.
=
Etdiyin yaxşılıqlar,xeyirxahlıqlar reklam olunmasa belə,onu kar da eşidə bilir,kor da görə bilir.
=
Səni sevdiklərini eşitmək xoşdur,amma onu hiss etmək ,görmək ikiqat xoşdur.
=
Gənclik illərində gücün olanda vaxtını boş yerə xərcləyib,itirirsənsə,yaşa dolanda vaxtın çox olur,amma güçün qalmır,yenə itirirsən...