Səhvini başa düşdü

YAZARLAR 11:55 / 17.11.2026 Baxış sayı: 739

 

(yumorlu hekayə)

 

Günəşin işığı otağa düşdü.Səbzəli çarpayısında qurcalandı,əsnədi, gərnəşdi,çarpayıdan atlanıb ,düşdü.İdman elədi ,yuyundu,həyətə düşdü...

Bir az getmişdi ki, yanında bir "Çeşka" dayandı.Tanışı Gülmalı maşından düşdü və Səbzəliyə yaxınlaşıb ,onu xaş yeməyə dəvət elədi.Maşın uzaqlaşdı,gözlərdən uzaq düşdü. Gülmalı marketdən bir " litrovka " araq alıb, bir binanın zirzəmisində yerləşən xaşxanaya düşdülər...Araq şüşəsi Gülmalının əlindən düşdü,sınmadı.

Araqdan vurdular,xaşdan yedilər.

Hər birinə yarım araq düşdü...

Gülmalı dedi ki," nemeski şot olsun".Hesab ödənildi: hərəyə ... manat pul düşdü.

Səbzəli Gülmalıdan incidi.Gülmalı onun gözündən düşdü, " şot"a şərik elədiyinə görə.

Ayrıldılar,amma

Səbzəli bütün günü başqaları ilə də yedi,içdi...

Axşam evə qayıtdı.Yadında o qalmışdı ki,binalarının tinində taksidən düşdü.

Mənzillərinin qapısını aça bilmədi.Açar əlindən düşdü.

Arvadı qapını açdı.Ərinin üstünə düşdü,nə düşdü...

Əri üzüquylu çarpayıya düşdü...

Səbzəli yuxuya getdi.Yuxuda " pol ağacı " gördü, aylıdı," pol ağacı" ,arvadının zəhrimar yağan sifəti,qışqırıb - bağırmağı yadına düşdü...

Səbzəli səksəndı," ürək-göbəyi" düşdü. Qışqırdı,çarpayıdan yıxıldı,döşəməyə düşdü.

Evin içinə Ayın işığı düşdü.

Səbzəlinin yadına düşdü yeyib- içdiyi " dostları...

Qorxdu ki,arvadı axşam olanları orda- burda danışa, dilə- dişə düşə...

Durdu arvadının ayağına düşdü,yalvardı. Söz verdi ki,bir daha içki içməyəcək,dostlarına qoşulub ,o yollara düşməyəcək.

Səhvini başa düşdü.Arvadı onu bağışladı.Oturub heç nə olmayıbmış kimi şirin- şirin söhbət etdilər.Səbzəlinin yenidən xanımına gözü düşdü.

Bax beləcə Səbzəli tarixə düşdü...

Mən də xatırladım,bu əhvalat yadıma düşdü. Sizə yazdım.

Sonra göydən 3 alma düşdü...

Bu paylaşmamı oxuyanlardan kimə düşdü almalar???...

Fərhad Tapdıqoğlu