Saqif Qaratorpaq - Nolar,burax bu inadı...
***
Nolar,burax bu inadı,
Nolar,hərdən insafa gəl!
Zalım,səni kim oxuyar
Axı,əllərimdən gözəl.
Gəl,könlümündən sal yolunu,
Bulaq olub qəlbimə ax.
Mənim kimi tellərini
Misra-misra kim sayacaq?
Ovsunlanım baxışında,
Gözlərində batım hərdən.
Gəl,özünü unut məndə,
Bir sevdaya olaq vətən.
Zaman ötdü,vaxt tükəndi,
Yuva saldı saçımda qış.
Gəl,arzular toza dönüb,
Gəl,ümidlər kül olmamış.
Gəl,ot basdı izimizi,
Gəl,yolları bürüdü çən.
Ötən günə libas tikək,
Gəl,bu günün köynəyindən