Ələddin Əzimli - SƏNSİZLİK VƏ İSTƏK
Sənsiz keçən günlərin
işığı az,
qarışıq kədəri çox.
Bu dərddən, bu bulanıq kədərdən
hisslərim oyuq - oyuq.
Qarşıdan payız gəlir,
küçə boyu düzülən
dirəkdəki lampalar da közərir,
lap elə bizim kimi
gözləşir soyuq - soyuq.
Mənsə,
isti, soyuq bilmirəm,
sən hər vaxt
qanımdasan.
Bu dünyanın
dadı sənsən,
tamı sən.
Ürəyimin çırpıntısı,
qanı sən.
Gözlərimi açanda mən
səhər - səhər
görürəm ki, otaqda,
yanımdasan.
Bundan baha,
söylə görüm,
nə istəyim,
ruhum, canım,
səndən daha?!
Aramızda bir niyyət var, bilirsən,
çalış, bir az yeyin tərpən
İstəyimi zamanında cavablandır,
canım mənim.
Yuxusuzam, darıxıram,
sıxılıram.
Gəl unutma olanları,
bizə qarşı- üzbəüz gələnləri.
Səhər gəlhagəldədir.
Unutma,
sən doğulan Günəşim,
həyanımsan.
17. 11. 2026.