Bəhram Bilaloğlu- Dörd divardı bir də mən

Ədəbiyyat 16:20 / 19.11.2026 Baxış sayı: 624

Dörd divardı bir də mən,

Oxuyuram kitabı.

Müəllimim öyrədib,

Eləyirəm xitabı.

 

Gəl mövzunu öyrənək,

Cavabımız düz olsun.

Dərsini kim danışsa,

Sabah o da beş alsın.

 

Başlayırıq yazmağa,

Həsən bir az gec yazır.

Baxıram ki yazdığın,

Düz yazmayır tez pozur.

 

Niyyəti də bəllidir,

Oynamaqdır oyunu.

İstedadlı olmasan,

Tanımazlar soyunu.