Kamala Abiyeva Aydın Qızı - AYGÜN HÜMMƏTOVAYA

Ədəbiyyat 14:45 / 19.11.2026 Baxış sayı: 876

O isə yaşayacaq. Hər kəs özündən sonra qalanlar qədərdi.

Aygün cismən ayrılığıyla yenidən doğuldu.

Böyüdü, böyüdü, daha böyük oldu. Daha da çox oldu.

Və Aygünə dedim ki:

 

Heç nə aparmır adam bu dünyadan.

Nəyi varsa qalır bu dünyada.

Hər kəs özündən sonra qalanlar qədərdi,

Yoxsa ki ömür hədərdi.

Kimsə bir vaxt səhv edib,

"Əvəzsizlər yoxdu” deyib.

Səndən sonra heç inanmadım.

Yerinə kimsəni tapmadım.

Heç kim sən olmadı.

Sən özündən sonra da böyüdün.

Ürək-ürək sevgi tək.

Öz zirvəndəsən

səsin, sənətin zirvəsisən.

Sevgi var-dövlətlə alınmır.

ən gözəl duyğular satılmır.

Özü var-dövlət olanları alıb-satmaq olmur.

Kimsə özüylə birgə yox olur,

Kimsə hər gün yenidən doğulur bu dünyada.

Səsindən doğulan adam.

Sən Ayımız- günümüz oldun.

əbədi Aygünümüz oldun.