Kamala Abiyeva Aydın Qızı - Zaman - sadə bir söz...

YAZARLAR 08:40 / 19.11.2026 Baxış sayı: 196

Zaman - sadə bir söz, amma içində misilsiz bir dərinlik daşıyır.

Biz adətən pulun dəyərini bilməyə alışmışıq, halbuki həyatın ən dəyərli sərvəti zamandır. Pul tükənəndə onu yenidən qazanmaq olar, amma zaman bitəndə onu nə qaytarmaq, nə də pulla almaq mümkündür.

Zaman sağaltmır... O, sadəcə göstərir: kim dostdur, kim düşmən.

Zaman hissiz, eyni zamanda səmimidir.

Zaman həkim deyil, zaman hakimdir!

Beləcə yaşayırıq - əvvəl zaman tapıb danışmırıq, sonra isə nə danışmağa zaman qalır, nə də insan...

Həyat və zaman - iki böyük müəllimdir:

Biri bizə zamandan necə istifadə etməyi öyrədir, digəri isə həyatın nə qədər qiymətli olduğunu anladır.

Yazı tam olaraq şərh bölümündə.