Ayaz Arabaçı - KUŞADASI
Türkiyənin cənnət guşələrindən biri də Kuşadasıdır.
Kuşadası Egey bölgəsində, Aydın vilayətinin ərazisində yerləşən, gözəl təbiəti, mavi dənizi, tarixi abidələri və turizm imkanları ilə məşhur olan bir sahil şəhəridir.
Kuşadası həm Türkiyənin, həm də dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sevimli istirahət məkanlarından biridir. Burada dənizlə dağlar, qədim tarixlə müasir həyat bir-biriylə gözəl bir şəkildə qovuşmuşdur.
Kuşadası Egey dənizinin sahilində yerləşir. Qarşı tərəfdə Yunanıstana məxsus Samos adasıdır. Şəhərin sahilləri, yaşıllıqlarla örtülmüşdür. Təpələrdə, xurma ağacları var.
Havası əsasən isti və günəşli olur. Dəniz mövsümü uzun çəkir. Bu səbəbdən Kuşadası yay turizminin ən tanınmış mərkəzlərindən sayılır.
Dənizin içərisində kiçik adada yerləşən qala möhtəşəm mənzərəyə malikdir.
Bura təbiətsevərlər üçün əsl cənnətdir. Meşələr, dağlar, sakit körfəzlər və şəffaf dəniz..
Adını sahilindəki Güvercinada adasından almışdır..
Daha az göstər