Əliağa Kürçaylı - “Sən mənə lazımsan”
Sən mənə lazımsan su tək, hava tək,
Sən mənə lazımsan öz canım qədər.
Səni arzulayır sinəmdə ürək,
Bu böyük həsrəti duymursan məgər?
Qəmli günlərimdə lazımsan mənə,
Qovasan qəlbimin kədərini sən.
Xoşbəxt günlərimdə lazımsan yenə
Böyük sevincimi yarı böləsən.
Kef üçün, zövq üçün, nəşəyçün deyil,
Xəstəyə dərmantək mənə gərəksən.
Həyatın yolları tufanlıdır, bil,
Ona gərmək üçün sinə gərəksən.
Sən ümid, təsəlli, sən şirin arzu,
Sən ömür yelkəni dumanda, çəndə
Bir az yaxşı düşün, gülüm, doğrusu,
Sənə bunlar üçün lazımam mən də!