Tokayev Azərbaycana GƏLİR

SİYASƏT 11:05 / 04.10.2025 Baxış sayı: 2314

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycana səfər edəcək.

Yenises.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

"Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının XII Zirvə toplantısında iştirak edəcək", - Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd edilib.