Şövkət Zərin Horovlu - Əllərim ...
Əllərim
Əllərimi çox sevərdin,
Gözlərimdən, saçlarımdan
üstün bilərdin.
Əllərimdən başlamışdı məni sevməyin,
Bir dünya sevinc olardı sənə,
sığallayıb, əzizləməyin.
Ovcunda titrəyən əllərim
sevginlə qızınardı,
Həyasına sığınıb, ovcunda uyuyardı.
Əllərimin içindəki əyri, düz xətləri
yozmaqdan qorxardın,
Əllərin də bəzən sükutu olur,
Sükutunu pozmaqdan qorxardın.
Yanağıma toxunsaydı baxlşlarln,
Təbəssüminlə qurusaydı
göz yaşlarım,
Məni sənə qısqanardı əllərlm.
Baxışlarından dərərdi istəyini,
Ütülərdi köynəyini,
Açardı süfrəni,
Gözlərindən ovuc-ovuc
İçərdi sevgini.
İndi sən yoxsan ,sevmirəm əllırimi də,
Sevmirəm sənsiz kecən
Aaylarımı , illırimi də.
Bilirəm, əllırim üçün darıxırsan,
Gecələr pəncərəmin şüşəsindən
səssiz-səmirsiz əllırimə baxırsan.
Bilirəm ,bircə kərə tutsan əlimdən,
ağlayacaqsan,
Pəncərəmin şüşəsindən sürüşüb
yıxılacaqsan.