Şakir  Xanhüseyn - Dumanlansa gözlərim...

Ədəbiyyat 13:40 / 07.05.2026 Baxış sayı: 266

***

Dumanlansa gözlərim,

bükülsə dizlərim

yenə səni gözlərəm,

yenə səni...

canımda bir dəli həsrət bəslərəm,

İrəli gedib də geri həslərəm...

elə səni səslərəm,

elə səni...

səhər-axşam

tapmadan aram

axtarmaqdayam

göydə səni,

yerdə səni...

başdan bulandı suyum,

günahımı necə yuyum...

haylayıb-haraylayım,

çağırım hardan səni?

yumşaldan hanı

acını,

sığallaram saçımı

hərdən-hərdən;

xatırladır hər dən səni,

hər dən səni...