Heç xoşbəxt görmədin qəmli qadinı..Aləmzər sadıqqızı -
.
Hardan biləsiz ki, nələr çəkirəm...
Yüz sözdən birini güclə yazıram.
Tutub xatirlər əlindən hər gün...
Özüm öz ömrümə qəbir qazıram...
Bu elə ağrı ki, bu elə qəm ki...
Ovutmur könlümü dost-tanış sözü...
Bəlkə də sevincdən ölə bilərəm,
Qayıdıb gələrsə Fərqanə özü...
Bayaq bir kəpənək qondu üstümə...
Tutub ürəyimə sıxasım gəldi...
Sabahdan-axşama yer axtarıram...
Bilmirəm hayana qoyum bu dərdi...
İnana bilmirəm çıxıb getmisən...
Elə boylanıram hey sağ-soluma...
Nə qədər dostum var nə qədər doğma...
İçimdə bir sirrim üşüyür amma...
Hərdən istəyirəm körpə uşaq tək...
Bağırım çağırım sənin adını...
Bilirsən hansı dərd öldürür məni?
Heç xoşbəxt görmədin "qəmli qadın"ı...
6.5.2020.