Əlirza HƏSRƏT - HƏR YAŞDA QƏRİBDİR ADAM ANASIZ
Ədəbiyyat
12:32 / 06.05.2026
Baxış sayı: 162
Qanadı zəncirli divanə quşam,
Nəfəsim çatmır ki bir nəğmə qoşam.
Vurulub tapmışam,sevib tapmışam,
"Segah"da qəriblik,"Şur"da qəriblik.
Qərib süfrəsini qəm-qübar bəzər,
Qəribə dəyməz ki qürbətdə nəzər.
Doğma yaxın durmaz,yad uzaq gəzər,
Qoyanda adamı darda qəriblik.
Hər yaşda qəribdir adam anasız,
Döşünə yatdımı butam,anasız?
Mən çoxdan olmuşam edam anasız,
Məni çoxdan tapıb burda qəriblik.