Arzu Ada - Ədəbi əl çalanlar,
Ədəbi əl çalanlar,
...
Gəlin.
Sözüm sizədir...M.Cəlil demiş
Şeiri oxumadan. şedevr ...yazanlar,
Qələminiz var olsun..deyib qələmi heç görməyənlər..)
Buranı kecək
Qələmi 60 qəpiklik odnarazovıy. qələmdir də )
..Ürəyimə toxundu...yazıb ürəyi daş olanlar!
<Şair >
Səmada bulud . Sən məni unut ..yazıb
Siz: ..Dərin fəlsəfə..deyirsiniz .
Şair anama həsr edirəm yazır,
Siz: Vətən yanğısı! yazırsınız
Oxumayıb axı..
Mətndən xəbəri yox. .
Bir dəqiqəyə bir profili likeləyib bitirir
Nə olsun əsas ŞƏKİLDİR ..
Şeir zaydı, amma müəllifin gözəl fotoları var
Yarıcılpaq
Effektlidirsə..
Demək.. dahidir.. vazkecilməzdir
Əcəb dodaqları kəsilmiş burnu ..kleyli sacı var !
Sizin tərifiniz — 50 qəpiklik saqqız:
Çeynə, dadı yox.
Tüpür, yapışır.
Şair də inanır, sonra gedir .M.Araza. Bəxtiyara R.Rövşənə ultimatom yollayır .
Hər şeirə eyni şərh:
“Qələminiz susmasın”. Qələmi susub 10 ildir, xəbəri yox.
Nə gözəl misralar.. yazır, ürəyində söyür.
Like Dilənçiləri..
Tərif yazır ki, ona da yazsınlar.
Ədəbiyyat yox, barter.
Sizin . bravolarınızdan ədəbiyyat zibilliyə döndü.
Hər qafiyəbaz özünü Füzuli sanır.
Füzuli qəbirdə deyir:
. Məni qatmayın bu işə...
Başa düşmürsənsə sus.
Susmaq da mövqedir. İndi "ədəbi əl çalanlar oxuyub qızaracaq, amma yenə də altdan "Qələminiz var olsun" yazacaqlar. Çünki refleksdir.
Bonus cibində qalsın...
Şeirə dəryadır . okeandır ' yazırsınız,
Halbuki arx da deyil.
Şərurdakı Gümüşlü gölüdür) Durub..
Yalan tərifi gəmiyə mindirsiniz,
Amma şeir üzmür, batır.
Sizin bravo'nuz xilasedici jilet deyil,
Daşdıre ...daşdır...
Bağlayırsınız şairin boynundan.
Stol arxası şairlər
Yorulun. usanın.. utanın.İndi "ədəbi əl çalanlar oxuyub qızaracaq, amma yenə də altdan "Qələminiz var olsun" yazacaqlar. Çünki refleksdir.
Bonus cibində qalsın...
Şeirə dəryadır . okeandır ' yazırsınız,
Halbuki arx da deyil.
Şərurdakı Gümüşlü gölüdür) Durub..
Yalan tərifi gəmiyə mindirsiniz,
Amma şeir üzmür, batır.
Sizin bravo'nuz xilasedici jilet deyil,
Daşdıre ...daşdır...
Bağlayırsınız şairin boynundan.
Stol arxası şairlər
Yorulun. usanın.. utanın.
Pisdir?
Pisdir de.
Şair ağlayar, cəhənnəmə kimi
Düzələr.. !
Ölsə...basdırarıq..
25 manat kartıma vur 5 şerini dərc edərik .
Bəsdirin
Ədəbiyyat atanızın işlətməsi ..holdinqi ...şirkəti deyil .
Tərif borcun deyil.
Vicdanın var?
Onu işlət.
Sizin əhsəninizdən şairlərin boyu uzanmır,
( Deyilənə görə coxunun boyu 1.m.50 santımdır. )
Burnu uzanır.
Pinokyo olublar hamısı.
Bir gün yalan danışanda burnu klaviaturaya dəyəcək.
Feys tüstülənəcək
Di gəl Marka cərimə ödə )
Şeir zay, tərif bol
Yalançı çox, düz yol yox
Mərd tənqid istəyirəm.
Başqalarlnın şerlərinə
...
Mən tərif istəyirəm
Öz şerlərimə ))
..
Zibilləməyin..
Əlavəm olacaq
İndi "ədəbi əl çalanlar oxuyub qızaracaq, amma yenə də altdan
Qələminiz var olsun...yazacaqlar.
Çünki refleksdir.
Bonus cibində qalsın...
Şeirə dəryadır . okeandır ' yazırsınız,
Halbuki arx da deyil.
Şərurdakı Gümüşlü gölüdür)
Durub..tərpənmir..
Yalan tərifi şeiri gəmiyə mindirsiniz,
Amma şeir üzmür, batır.
Sizin bravo'nuz xilasedici jilet deyil,
Daşdır..
Bağlayırsınız şairin boynundan.
Stol arxası şairlər
Yorulun. usanın.. utanın.))