Əşrəf   Veysəlli  - YAŞADIM

Ədəbiyyat 09:30 / 08.05.2026 Baxış sayı: 231

 

Dünyaya gəlib yaşadım,

ağlayıb- gülüb yaşadım.

Mən yaşayıb ölmürəm ki,

mən hər gün ölüb yaşadım.

 

Dərdlərə salan gözəlin,

qeydimə qalan gözəlin,

canıml alan gözəlin

qadasın alıb yaşadım.

 

Boşlamalı qünya deyil,

xoşlamalı dünya deyil.

Yaşamalı dünya deyil,

üzümə salıb yaşadım.