Sabir Zəkullaoğlu : - Müəllimlik peşəsi...
Müəllimlik peşəsi çox ağır və çətin peşədir. Məsuliyyətli, bir az da ideallaşdırılmış peşədir..
Odur ki, müəllim olmaq çox çətindir. Ona görə yox ki, müəllimin maaşı azdır, işlədiyi yerdə sağlam rəqabət mühiti zəifdir və ya yerli yersiz hər il attestasiya keçirlır..
Ona görə ki, cəmiyyətimizdə müəllim adının çox böyük məsuliyyəti var.
Müəllimdən hər şey tələb olunur. Uşaqların təlim tərbiyəsindən, təhsilindən tutmuş, seçki proseslərinin keçirilməsinə qədır.
Doğrudur. İndiki uşaqlar- hamılıqla müəllimin yemək yeyib çay içdiklərini bilsələr də, ümumilikdə müəllimin davranışı, yerişi, gülüşü daimə diqqət mərkəzində olur.
Bir növ müəllim tam şəkildə öz həyatını yaşamaqdan məhrum olur.
Sıravı bir adamın etdiyi, adi bir hərəkəti müəllim etsə onu hoydu-hoyduya götürərlər..
Müəllim adı, fərdi daima basqı altında saxlayır..
Məsələn mən inanmıram ki, Azərbaycanda, hardasa toyda "lombadanı" oynayan bir müəllim olub..
Hansı ki, müəllim də bizlərdən biridir və o da bu hüquqdan istifadə edə bilər.
Ancaq bu mümkün deyil.
Mümkün olan o ki, müəllimi hər şey üstündə danlaylb, günahlandırmaq olur. Süpürgə pulundan tutmuş, ad günlərində aldıqları hədiyyəyə qədər..
Çünki, müəllim bu cəmiyyətdə zəif bəndidir.
Bütün bu çatışmazlıqlara baxmayaraq müəllimlik peşəsi ən qururlu və çəmiyyət üçün ən faydalı peşədir.
Bu gün müəllimlər günüdür. Əslində müəllimlərin günü olmur. Onlar hər gün öz statuslarındadırlar.
Bu gün də nəyi bilməsək müəllimdən soruşuruq. Və ya bildiklərimizə görə onlara minnətdarıq.
Mənim bir də bu həyatı yaşamaq şansım olsaydı mən müəllimlik peşəsini seçərdim. Özü də tarix müəllimi..
Bu gün münasibətiylə bütün müəllimləri təbrik edirəm.
Onlara qayğısız, sağlam, xoşbəxt və uzun yaşamağı arzu edirəm.
Göndəaylaş