Sabir Zəkullaoğlu - Heç sevinə bilmirik

YAZARLAR 11:00 / 30.10.2026 Baxış sayı: 342

 

Hər gün səhər mətbuata göz gəzdirirəm. Sosial şəbəkəni gözdən keçirib, ölkəmizdə və dünyada baş verən xəbərlərdən məlumatlanmaq istəyirəm.

Baxıram ki İlahi, hamı bir-birini söyür. Hamı narazıdır. Heç kim, heç kimi bəyənmir.

Bu nə münasibətdir bir-birimizə qarşı? - Anlamıram!

Bütün bunların səbəbi nədi görəsən?

İşsizlik, iqtisadi və maddi çətinlik, yoxsa əsəblərimiz pozulub deyə məsələlərə daha dərindən nüfuz edə bilmirik?

Bəlkə din - islam mühitidir bizi xaosa aparan?

Düşünürəm ki, hər bir millətə düşmən olan başqa bir dövlətin olması çox vacibdir.

Bizim bir düşmənimiz var idi, onunla da sülh imzalamağa çox yaxınıq.

Heç şübhə etmirəm ki, bu baş verəcək.

Ancaq gözlədiyimiz sülh müqaviləsi fəsadsız ötüşməyıcək.

Görünən o ki, sülh müqaviləsi bağlandıqdan sonra olan-qalan gücümüzü də bir-birimizi qırmağa həsr edəcəyik.

Odur ki, bizim kimi, daha doğrusu konkret bizə düşmənsiz çox çətin olacaq.

İntellektli, yaradıcı, dünya elminə töhvələr verən millətlərin məşğul olmağa, yzıb yaratmağa şəraiti, istedadları, həm də maraqları var.

Bizdə isə vəziyyət o qədər kritikdir ki, hətta yaradıcılığına ən çox dəyər verib izlədiyim Aqşin Yenisey də kiminləsə "ona filosof dedikləri üçün", neçə gündür enerjisini onlara cavab verməyə sərf edir.

Təbiət saxlamış, yenə arada nəsə yazıb bizim başımızı qatırdı.

Yoxsa ki belə bir mühitdə əlac qalır ancaq və ancaq bir- birimizin ətini yeməyə.

Yeri gəlmişkən, az çox ət almaq imkanı olan insanlarımız Bakıda çəmləşib, Bakıda da ət satışı imkanları məhdud çərçivədədir.

Heyvanların xüsusi sallaqxanalarda kəsilib, sonra satışa, həm də xüsusi saxlama saxlaclarında daşınması tələb olunur. Bu çox gözəldir.

Ancaq siz Ağdamın Qarabag klubundan, məsələn Nəriman Axundzadədən Avropa çempionunun qalibi olması tələbini edə bilməzsiniz.

Hər şeyin bir meyarı var. Bəlkə uşaq futbolundan başlayaq?

Böyük ölçüdə götürsək, dünyada təsadüf heç nə olmur. Dünya idarə olunur.

Ancaq bildiyim odur ki, bizi necə lazımdır idarə edirlər.

Az qala inanmaq istəyirəm ki, Fəzail Ağamalının partiya daxili, əslində ailə daxili konflikti həmçinin "cavanlıq səhvi" də sifarişli, idarə olunan səhv olub.

Bu ara Şərif Ağayar sağ olsun, yeni rubrikayla dedi-qodudan kənar qalıb.

Müxtəsəri, yaman gündəyik, vallah...

Heç sevinə bilmirik