Əlirza HƏSRƏT - SÖYKƏNİB SİNƏMƏ KÜRƏYİ SAZIN
Yel vurub budaqdan bir gül qopardı,
Bu gülə min aşiq qanı hopardı.
Havası ağlımı alıb apardı,
Dilimi göynətdi gileyi sazın.
Köçür durnalar da bax,dəstə-dəstə,
Bir qürbət notu var hər qərib səsdə.
Eşqdən şirə çəkən "dilqəmi" üstə,
Nə gözəl köklənib ürəyi sazın.
Sevəndə çox dedim bəxtiyaram ki,
Ah çəkdim,diksindi könül yaram ki.
Daha büdrəmərəm,yıxılmaram ki,
Söykənib sinəmə kürəyi sazın.