Rusiyanın " Ayvazyan isteriyası"erməni revanşizmini yenidən qızışdırmaq cəhdinin növbəti ifadəsidir...

SİYASƏT 09:37 / 01.08.2025 Baxış sayı: 3475

 

Rusiya Azərbaycanla münasibətləri gərginləşdirən addımları ilk olaraq atdı, bu gün də davam edir.Ötən ilin dekabrında AZAL-ın sərnişin təyyarəsini vurdu, cinayət əməlindən sonra vəziyyəti yumşalda bilən çox sadə jestləri etmədi.Ardınca cinayətlə mübarizə adı altında azərbaycanlıların fiziki məhv edilməsi əməliyyatı keçirdi.Ardınca diaspor fəallarını amansızcasına təqib etdilər.İş adamlarını repressiya etdilər.Bu da davamı və yeni hadisə....

Hələ tarixdə olmayıb ki , bir ölkə digərinin üstünə ,həm də dost dediyi ölkənin üstünə bu qədər yeriyə,hər dəfə dozasını artıra, həm də qarşı tərəfdən "dostluğa sədaqət uma"....

Rusiyanın dövlət informasiya Agentliyi TASS özünün gündəlik ana xəbəri statusunda Xankəndi şəhərində Ayvazyanın heykəlinin tam qanuni olaraq sökülməsini guya mədəni barbarlıq faktı kimi təqdim edib.Üstəlik Xankəndi şəhərini çoxdan " öldürülmüş Stepanakert" adlandırır.Halbuki bolşeviklərin böyük cinayət edərək 1923- cü ildə Xankəndiyə Stepanakert adı qoymasına baxmayarq düz 68 il sonra - 1991 - ci ildə Azərbaycan Xankəndi adını yenidən Qarabağ xanlarının ruhu yaşayan şəhərin özünə qaytarmışdı.Sonrakı 30 ildə elə Rusiyanın dəstəklədiyi erməni separatçıları şəhəri yenidən Stepanakert adlandırsalar da, uzun sürmədi və bu şanlı şəhər "Stepanakert ləkəsini " üstündə saxlamadı.2023- cü ilin sentyabrında şəhər azad edildi, Xankəndi adı yenidən qaytarıldı, oktyabrın 15- də Azərbaycan prezidenti şəhərə dövlət bayrağı taxaraq " Xankəndi Azərbaycan şəhəri olub və olacaq" sözlərini tarixə yazdı...

İndi nə ad qoymaq olar ki, TASS ən azı son 2 ildə Xankəndi dediyi şəhərə burdın- birə dönüb " Stepanakert " deyir?!...

Bu, Azərbaycanın süverenliyinə, toponim qanunlarına ən azı hörmətsizlikdir.TASS bir daha göstərir ki, 44 günlük müharibədən sonrakı 2 il ərzində Rusiya Qarabağda tələm- tələsik heykəllər parkı düzəldəndə, Ayvazyan kimi Azırbaycana və Qarabağa heç bir aidiyyatı olmayanların heykəllərini qoyanda, sağlam siyasi niyyətlər güdmürdü. ..

Rusiyanın bu addımına Azərbaycanın cavabları və cavab arqumentləri yetərli qədərdir....Ancaq bir şey də aydındır ki, Rusiya Azərbaycana qarşı erməni revanş siyasətini yenidən qızışdırmaq planından əl çəkməyib....

                                                           Aydın Quliyev , əməkdar jurnalist