Rəfail Tağızadə - Baxışın keçmişdən danışır

Ədəbiyyat 12:29 / 04.09.2026 Baxış sayı: 1166

Baxışın keçmişdən danışır,

duruşun İlahidən.

Sol əlin sağ əlimə yapışıb.

Sağ əlindən göyərçinlər ümid dənləyir.

Gözlərin xatirə danışır,

üzündə təbəssüm.

Sən necə də doğmasan,

köhnə Bakı kimi.