Namiq Dəlidağlı- VƏDƏ YERİMİZ OLMADI
Ədəbiyyat
15:00 / 28.03.2026
Baxış sayı: 433
Ay niyə gəlmədi göyə -
vədə yerimiz olmadı.
Göydən əlimiz üzüldü -
nə də yerimiz olmadı.
Bu yer, bu göy dardı bizə,
başqa harda yer qaldı ki?...
Hər şeyi açıb danışdım,
hamı bildi — sirr qaldı ki?...
Özüm də yaxşı bilirəm,
belə sirr saxlamaq olmaz.
"Şairlər ulğumsuz olur" -
demək, bel bağlamaq olmaz.
Dərd eləmə, ağrın alım,
bircə vaxtı de, görüşək.
Nenirik ey özgə yeri,
gəl, ürəyimdə görüşək...
28.03.2026