Əbülfət Mədətoğlu - Təbiətə nə deyim...
Yağış döyür çiçəkləri budaqda
Sızıldayır çiçəklərlə budaq da...
Yerin göylə qovuşduğu bu vaxtd -
Təbiətə nə deyim!...
Gözlərimin qarşısında an ba an
Solur bütün gözəlliklər, bax, inan!
Bu qəsd ilə ürəyimi ağrıdan -
Təbiətə nə deyim?!
Buludlardan ələk-ələk süzülən
Süzüldükcə muncuq kimi düzülən...
Gördüyünüz anlar üçün siz bilən -
Təbiətə nə deyim?!
İndi yer yox nə bəh-bəhə, nə aha
Hər şey bəlli , sığındığım sirgaha!
Yerin üzün yuyur bəlkə bir daha-
Təbiətə nə deyim...